"Qarabağ"a 4 rəqib

"Qarabağ"a 4 rəqib
Futbol
31 May 2019 - 21:59
İyunun 18-i yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək "Qarabağ" dörd yoxlama oyunu keçirəcək.

Supersport.Az-ın kluba istinadən xəbərinə görə, Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın "Ludoqorets", iyunun 25-də Rumıniyanın "Krayova", iyunun 28-də Rusiyanın "Ufa", iyulun 2-də isə Çexiyanın "Viktoriya" komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, “Qarabağ” bu il də Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.

Digər xəbərlər