Məşhur futbolçu Bakıda

Məşhur futbolçu Bakıda
Futbol
30 May 2019 - 22:34
Supersport.Az-ın məlumatına görə, Türkiyənin "Beşiktaş" klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma Bakıya səfər edir.

36 yaşlı yarımmüdafiəçi nazir Azad Rəhimovla görüşəcək, mətbuatın suallarını cavablandıracaq.
Qeyd edək ki, Rikardu Kuarejma 2004-cü ildə "Portu"yla qitələrarası kuboku qazanıb, 2009-2010 mövsümündə İtaliya "İnter"inin heyətində Çempionlar Liqasının qalibi, 2016-cı ildə isə Portuqaliya millisinin üzvü kimi Avropa çempionu olub. Tanınmış futbolçu karyerasında "Sportinq", "Barselona", "Portu", "Çelsi" kimi məşhur klublarda forma geyib.

Kuarejma 4qat Portuqaliya, iki dəfə İtaliya və Türkiyə çempionudur.

Digər xəbərlər