"Arsenal"ın final heyəti - Bakı məşqi - Şəkillər

"Arsenal"ın final heyəti - Bakı məşqi - Şəkillər
Futbol
26 May 2019 - 19:45
Supersport.Az-ın məlumatına görə, "Arsenal"ın Avropa Liqasının final oyunu üçün Bakıya gətirdiyi futbolçular müəyyənləşib.

"Topçular" paytaxtımıza 24 oyunçu ilə gəlib. Unai Emeri oyun günü onlardan birinin adını siyahıdan çıxaracaq və 23 nəfərlik sifariş ərizəsi UEFA-ya təqdim olunacaq.

Bu gün "Arsenal" Bakının 8-ci km stadionunda ilk məşqinə çıxıb.

Qapıçılar: Petr Çex, Bernd Leno, Deyan İliyev

Müdafiəçilər: Karl Cenkinson, Sead Kolaşinats, Loren Koselni, Ştefan Lixtştayner, Naço Monreal, Şkodran Mustafi, Sokratis Papastatopulos,

Yarımmüdafiəçilər: Məhəmməd El-Nenni, Matteo Genduzi, Aleks İvobi, Enzli Meytlend-Naylz, Məsut Özil, Lukas Torreyra, Corc Uillok, Qranit Caka, Bukayo Saka

Hücumçular: Pyer-Emerik Obameyanq, Aleksandr Lyakazett, Edvard Nketia, Danni Uelbek, Xavyer Amaeçi

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal" "Çelsi" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



[caption id="attachment_102081" align="alignnone" width="1024"] [/caption]



[caption id="attachment_102068" align="alignnone" width="916"] [/caption]









Digər xəbərlər