Maykl Ouenin Bakı gəzintisi - Video

Maykl Ouenin Bakı gəzintisi - Video
Futbol, Video
25 May 2019 - 23:30
Supersport.Az UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun Azarkeş Festivalından videogörüntü hazırlayıb.


Azarkeşlər Bakının Dənizkənarı Bulvarının ecazkar mənzərəsinin fonunda Avropa Liqasının kuboku ilə, məşhur ingilis futbolçu Maykl Ouen və italiyalı Françesko Toldoyla şəkil çəkdiriblər.

Əməkdaşımız Vüsal Şirəliyev Maykl Ouenin Bakı gəzintisini videogörüntüyə alıb.

İngilis futbolçu Bakı haqda müsbət fikirlər bildirib, azarkeşlərin sualına cavabında "Mançester Yunayted"lə müqayisədə "Liverpul"u fərqləndirib.

Qeyd edək ki, 39 yaşlı Ouen karyerasında "Liverpul", "Real Madrid", "Nyukasl", "Mançester Yunayted"də forma geyinib.

Digər xəbərlər