Şenol Günəş "Beşiktaş"dan ayrıldı

Şenol Günəş "Beşiktaş"dan ayrıldı
Futbol
25 May 2019 - 16:38
Supersport.Az-ın məlumatına görə, "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş klubla vidalaşıb.

Komanda mövsümü 3-cü pillədə başa vurub.

Şenol Günəş "Beşiktaş"ı 2015/16 mövsümündən çalışdırırdı. Dörd ildə mütəxəssis klubu iki dəfə Türkiyə çempionu edib, həmçinin bu komandanı tarixində ilk dəfə UEFA Çempionlar Liqasında qrupdan çıxarıb. 67 yaşlı məşqçi "Beşiktaş"ı Avropa Liqasında 1/4 finala qədər daşımağı da bacarıb.

Komanda bu məşqçinin rəhbərliyi altında 199 oyuna çıxıb, 116 qələbə qazanıb, 46 heç-heçə edib, 37 məğlubiyyətlə üzləşib.

Ş.Günəş bir neçə ay əvvəl Türkiyə yığmasına baş məşqçi təyin olunub.

Digər xəbərlər