"Qarabağ"ın bütün potensial rəqibləri

"Qarabağ"ın bütün potensial rəqibləri
Futbol
25 May 2019 - 16:20
Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq bütün klubların adı və püşkatmaya qatılacağı səbəti müəyyənləşib.

Azərbaycanın yeddiqat çempionu "Qarabağ"ın da potensial rəqiblərinin dəqiqləşib.

Səpələnmişlər sırasında yer alan təmsilçimiz səpələnməmişlər səbətindən bir komanda ilə qarşılaşacaq ki, orda da yalnız ilkin mərhələdən gələcək kollektiv məlum deyil.

Qaydalara əsasən, 1-ci təsnifat mərhələsinin səpələnməmişlər səbətində yer alan Ermənistan çempionu "Pünik" siyasi səbəblərə görə "Qarabağ"a rəqib düşə bilməz, səpələnmişlər səbətində olan 14 komanda isə potensial rəqibdir:

1-ci təsnifat mərhələsi

Səpələnmişlər: "Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Ludoqorets" (Bolqarıstan), "Qarabağ" (Azərbaycan), "Maribor" (Sloveniya), "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dandalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels), "Slovan" (Slovakiya), AIK (İsveç).

Səpələnməmişlər: "Suduva" (Litva), "Sarayevo" (Bosniya və Herseqovina), "Valletta" (Malta), "Pyast" (Polşa), "Pünik" (Ermənistan), ÇFR "Kluj" (Rumıniya), "Ferensvaroş" (Macarstan), "Nomme Kalyu" (Estoniya), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), "Saburtalo" (Gürcüstan), ilkin mərhələnin qalibi

İlkin mərhələ

Səpələnmişlər: "Linkoln" (Cəbəllütariq), "Santa Koloma" (Andorra).

Səpələnməmişlər: "Feronikeli" (Kosovo), San-Marino çempionu.

Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.

 

Digər xəbərlər