"Qəbələ" kuboku qazandı

"Qəbələ" kuboku qazandı
Futbol
19 May 2019 - 19:00
Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycan Kubokunun 2018/19 mövsümünün qalibi məyyənləşib.

"Qəbələ" - "Sumqayıt" finalı keçirilib. AFFA, PFL rəhbərliyi komandaların istidə oynamasına qərar vermişdi. Naxçıvan stadionunda işıqlandırma sistemi olmadığından qarşılaşma 17:00-a təyin olunmuşdu.

İki il əvvəl "Qarabağ" - "Qəbələ" finalı həmin məkanda 35-40 dərəcə istidə keçirilmişdi. Hər iki komanda buna etiraz etmişdi.

"Qəbələ" - "Sumqayıt" finalına gəlincə, Naxçıvanda oyundan əvvəl yağış yağıb, sonra hava isti olub.

Bu, rəqiblər ölkə kubokunda ilk dəfə üz-üzə gəlib. Komandalar kubokun 27 illik tarixində 465-ci cüt olub. Əvvəlki 25 finalda isə 20 fərqli cütlük üz-üzə gəldiyindən "Qəbələ" – "Sumqayıt" 21-ci kimi tarixə düşüb.

Kubokun qalibi Qəbələ təmsilçisi Avropa Liqasında iştirak hüququ qazanıb.

Azərbaycan Kuboku

Final

19 may

17:00. "Qəbələ" – "Sumqayıt" 1-0 

Qol: Stiven Monroz 4

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublikası Stadionu

Digər xəbərlər