Tələbə futbolunda çempion müəyyənləşdi

Tələbə futbolunda çempion müəyyənləşdi
Futbol
14 May 2019 - 14:39

AFFA-nın, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Futbol Federasiyası İçtimai Birliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş ali və orta ixtisas müəssislərinin tələbələri arasında keçirilən futzal üzrə respublika birinciliyinə yekun vurulub.


ADBTİA respublika birinciliyinin qalibi olub (fotoreportaj)

Birinciliyin bürünc medallarına Azərbaycan Tibb Universitetinin komandası sahib çıxıb. Bakı İdman Sarayında keçirilmiş final oyununda Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivini 5:2 hesabı ilə məğlub edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası birinciliyin qalibi olub.

İlk 3 yeri tutan komandalara diplom və medallarla yanaşı müvafiq olaraq 3000, 2000 və 1500 manat mükafat verilib. Həzrət Mirzəyev (ADİU) ən yaxşı qapıçı, Cabir Alcanlı (ADAU) ən yaxşı müdafiəçi, Elçin Zeynalov (ATU) isə ən yaxşı hücumçu seçilib. Birinciliyin ən məhsuldar oyunçusu Elvin Quliyev (ADBTİA) olub.

Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbolu Federasiyasının prezidenti Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Fazil Mustafa, ADBTİA-nın rektoru Fuad Hacıyev, ADİU-nin rektoru Ədalət Muradov, futbol veteranları Səməd Qurbanov, Nazim Süleymanov, Ramiz Məmmədov və Hüseyn Məhəmmədov təqdim ediblər.


Digər xəbərlər