Muhamməd Salah: "Enfild"i Madridə daşıyın"

Muhamməd Salah: "Enfild"i Madridə daşıyın"
Futbol
13 May 2019 - 16:32
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasında "Mançester Siti" ilə çempionluq mübarizəsində ikinci olan "Liverpul"un əsas silahlarından biri Muhamməd Salah açıqlama verib.

Misirli futbolçu, təəssüfləndiyini bildirsə də, mövsümün bitmədiyini Çempionlar Liqasının finalında azarkeşlərini köməyə çağırıb:

"Çox təəssüf ki, çempionluq arzumuz reallaşmadı. Ancaq mövsüm bitməyib. Dostlarıma, komandama, məşqçilərə və azarkeşlərə təşəkkür edirəm. Fanatlar, xahiş edirəm "Enfild" stadionunu Madridə daşıyın!"

İyunun 1-də Madriddə Çempionlar Liqasında "Liverpul" - "Tottenhem" finalı olacaq.

Xatırladaq ki, yarışın yarımfinalında səfərdə 3 qolla məğlub olan "Liverpul" "Enfild" stadionunda "Barselona"ya 4 qol vuraraq finala vəsiqə qazanmışdı.

Digər xəbərlər