Yunan-Roma güləşçilərimiz Ukraynadan 6 medalla qayıdır / Foto+Video

Yunan-Roma güləşçilərimiz Ukraynadan 6 medalla qayıdır / Foto+Video
Digər, Güləş, Video
12 May 2019 - 19:17
Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin tanınmış güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən beynəlxalq turnirə yekun vurulub.

Yarışın son günündə yunan-Roma güləşi üzrə yığmamız 4 medal qazanıb. Sakit Quliyev (60 kq) gümüş, Murad Bazarov (60 kq), Kərim Cəfərov və Elman Muxtarov (hər ikisi 67 kq) isə bürünc medalın sahibi olub. Bununla da millimizin qazandığı medalların sayı 6-ya çatıb. Belə ki, dünən Sənan Süleymanov (72 kq) qızıl, Zamir Məhəmmədov (97 kq) isə bürünc medal əldə etmişdi.

Xatırladaq ki, Memorialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyub.

Digər xəbərlər