Çempionlar Liqasında ingilis finalı olacaq

Çempionlar Liqasında ingilis finalı olacaq
Futbol
09 May 2019 - 01:03
Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

Supersport.Az xəbər verir ki, "Ayaks" evdə ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Tottenhem"i qəbul edib. İngiltərə klubu 3:2 hesablı qələbəylə finala vəsiqə qazanıb.

“Tottenhem” finalda "Liverpul" ilə üz-üzə gələcək.

Final matçı iyunun 1-də Madriddə yerləşən "Vanda Metropolitano" stadionunda keçiriləcək.

8 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

23:00. "Ayaks" (Niderland) - "Tottenhem" (İngiltərə) 2-3
İlk oyun - 1:0

Digər xəbərlər