"Qarabağ"a çempionluq kuboku təqdim olunacaq

"Qarabağ"a çempionluq kuboku təqdim olunacaq
Futbol
07 May 2019 - 14:50
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında 2018/2019-cu illər mövsümünün son turunun oyun cədvəli açıqlanıb.

Turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.

Çempionatda mövsümün son oyunu olacaq "Neftçi" - "Qarabağ" görüşündən sonra mükafatlandırma mərasimi təşkil olunacaq. "Qarabağ"a qızıl, "Neftçi"yə gümüş, "Səbail"ə isə bürünc medallar təqdim olunacaq.

11 may (şənbə)
15:00. “Səbail” – “Keşlə”
“ASCO Arena”

16:00. “Sabah” – “Zirə”
“Əlincə Arena”

16:00. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”

18:00. “Neftçi” – “Qarabağ”
8-ci km stadionu

Digər xəbərlər