Cüneyt Çakır Çempionlar Liqası oyununa təyinat aldı

Cüneyt Çakır Çempionlar Liqası oyununa təyinat aldı
Futbol
05 May 2019 - 16:27
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqası yarımfinalında keçiriləcək "Liverpul" - "Barselona" oyununun referiləri açıqlanıb.

Mayın 7-də İngiltərədə baş tutacaq qarşılaşmanın baş hakimi Cüneyt Çakır təyin olunub.

Cavab matçının köməkçi referiləri Bahattin Duran və Tarık Ongun olacaq.

İlk oyunda "Barselona" "Liverpul"u 3 qolla məğlub edib.

Bakı vaxtıyla 23:00-da başlayacaq matçın VAR hakimi Almaniyadan Feliks Zvayer və Saşa Ştegeman olacak.

Çempionlar Liqasında bu günə qədər 43 oyun idarə edən Cüneyt Çakır, bu mövsüm 7-ci oyuna təyinat alıb.

Türk referi, bu il elit hakimlər sırasında ən çox oyun idarə edəcək.

Cüneyt Çakır, 8 mövsüm Çempionlar Liqası qarşılaşmasında 6 yarımfinal və 1 final matçında vəzifəsini yerinə yetirib.

Digər xəbərlər