Niderlandda oruc xahişi

Niderlandda oruc xahişi
Futbol
05 May 2019 - 12:11
 

Başkan tartışma yarattı! 'Oruç tutmayın kaza edin'



Supersport.Az-ın məlumatına görə, Ramazan ayının başlaması ərəfəsində Niderlandda müsəlman futbolçular gündəmə gəlib.

Çempionlar Liqasının yarımfinalında "Tottenhem"i ilk oyunda səfərdə bir qolla məğlub edən "Ayaks"da çıxış edən Mərakeş yığmasının üzvlərindən Hakim Ziyex, Nussair Mazraui və Zəkəriyə Labyadın oruc tutub-tutmayacağı maraqla gözlənilir.

Amsterdam klubunun çempionat, kubok və Çempionlar Liqasında ümumilikdə 5 oyun keçirəcəyi və bu matçlarla 3 kubok qazana biləcəyi bildirilib.

Niderland Futbol Federasiyası 71 yaşlı prezidenti Mixail van Praq, müsəlman futbolçulardan ölkə adına xahiş edib:

"Çempionlar Liqasının finalında oynaya bilərlər. Federasiya olaraq futboçuların inanclarına hörmət edirik və bu ayın onlar üçün nə qədər vacib olduğunu bilirik. Ancaq oyunçulardan Niderland futbolunun gələcəyi naminə oruclarını mövsüm bitdikdən sonra qəzasını tutmalarını istəyirik".

"Ayaks" bu məsələylə bağlı futbolçuların sərbəst olduğunu bəyan edib:

"Ramazan ayının mühüm olduğunu bilirik və futbolçularımızın inanclarını yerinə yetirmək məsələsində sərbəst buraxırıq".

Məlumat üçün bildirək ki, sabah Ramazan ayının ilk günüdür. 

 

Digər xəbərlər