"Qarabağ" çempionluğa yaxınlaşdı, "Neftçi"də şok məğlubiyyət

"Qarabağ" çempionluğa yaxınlaşdı, "Neftçi"də şok məğlubiyyət
Futbol
27 Aprel 2019 - 20:57
Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Bütün matçlar eyni gündə oynanılıb.
İlk qarşılaşmada lider "Qarabağ" "Zirə"nin qonağı olub. Ağdam klubu zirvəni qorumaq üçün qələbə qazanıb.


Digər oyunda "Sabah" son pillədə yer alan "Keşlə"ni məğlub edə bilməyib.

Bayılda "Səbail" "Qəbələ" ilə qüvvəsini sınayacaq. Bu görüş üçüncü pillənin sahibinin müəyyənləşməsi baxımından mühümdür.

Rəqibindən 2 xal geridə olan Sənan Qurbanovun komandası qələbə qazanacağı təqdirdə, Aftandil Hacıyevin klubunu qabaqlayıb 3-cü pilləyə yüksələcək.

Günün son oyununda "Neftçi" "Sumqayıt"la oyunda şoka düşüb. "Ağ-qaralar" "Qarabağ"dan uzaq düşməmək üçün qələbə qazanmağa çalışsa da, meydanı məğlub tərk edib. Bu, "Neftçi"nin çempionluğunu sual altında qoyub.

27 aprel

16:30. "Zirə" – "Qarabağ" 0-3


Qollar: Dani Kintana 20, Filip Ozobiç 28, Mahir Mədətov 79

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Zirə İdman Kompleksinin stadionu

17:00. "Sabah" – "Keşlə" 1-1


Qollar: Marko Deviç 58-pen. - Conatan Ayite 90+4

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev
"Əlincə Arena"

17:30. "Səbail" – "Qəbələ" 2-1


Qollar: Fəhmin Muradbəyli 19, Ağabala Ramazanov 24 - Bəhlul Mustafazadə 41

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
"ASCO Arena"

19:00. "Neftçi" – "Sumqayıt" 2-3


Qollar: Ruslan Abışov 8 - Əmir Ağayev 31, Ülvi İsgəndərov 42, Murad Xaçayev 77

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli
8-ci km stadionu

Digər xəbərlər