"Füzuli"nin baş məşqçisi "FC Baku"nun prezidentiylə görüşdü: "Məni kimsə pulla, nəyləsə satın ala bilməz"

"Füzuli"nin baş məşqçisi "FC Baku"nun prezidentiylə görüşdü: "Məni kimsə pulla, nəyləsə satın ala bilməz"
Futbol, Eksklüziv
25 Aprel 2019 - 14:56
AFFA Region Liqasının II pley-off mərhələsində keçirilən "Füzuli" – "FC Baku" oyunu ilə bağlı qərar verə bilmir. 06.04.2019-cu il tarixində reallamış matçın nəticəsinin manipulyasiyası şübhəsi var. Bununla bağlı AFFA-ya məlumat daxil olub və liqanın yarımfinal mərhələsində aprelin 22-də təşkil olunması nəzərdə tutulan "FC Baku" – "Şahdağ" oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.


AFFA hələ də məlum matçla bağlı araşdırma aparır və qərar gecikir.


Bu arada "FC Baku"nun prezidenti Cavidan Qorçiyevlə görüşən "Füzuli" klubunun baş məşqçisi Vasif İsmayılov, Supersport.Az-a açıqlama verib:


"Mən özüm Cavidan müəllimlə görüşmək istədim. Bəzi qaranlıq məqamlara aydınlıq gətirmək üçün belə addım atdım. O, bildirdi ki, baş verənlərdən xəbərsizdir. Kimlərsə ortalığı qarışdırdı. Xoşagəlməz məqam bəzi futbolçular arasında olub. Cavidan bəyə dedim ki, təmiz futbol istəyirsinizsə, "Füzuli" klubuna sponsorluq edə bilərsiniz. O da razılaşdı və komandamızın yeni mövsümlə planlarını müzakirə etdik. Klubun adı "Lələtəpə-Füzuli" olacaq. Bu məsələdə qazanan Füzuli futbolu, biz olduq. Cavidan müəllim kimi dürüst, səmimi insan, futbolu sevən şəxsin bu sahəyə böyük faydası olar. Futbolumuz naminə belə addım atdıq. Allah şahiddir ki, mənim qürurumu, şəxsiyyətimi kimsə hər hansı pulla, nəyləsə ala bilməz. Məni tanıyanlar yaxşı bilir ki, Aprel döyüşlərinin ən fəal iştirakçısı olmuşam və Vətən üçün hər zaman canımı fəda etməyə hazıram. 

Komandamız hansısa futbolçular, insanlara, hakimə görə uduzdu. Mən özümüzü Region Liqasının qalibi hesab edirəm".    


Füzuli təmsilçisinin çalışdırıcısı, sonda AFFA-nın məlum oyunla əlaqədar ədalətli qərar verəcəyinə inandığını bildirib.

Digər xəbərlər