Şərifov çempionluq görüşünə çıxır – Yenilənir

Şərifov çempionluq görüşünə çıxır – Yenilənir
Digər, Güləş
10 Aprel 2019 - 19:21
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir. Supersport.Az saytının məlumatına görə, yarışın 3-cü günündə qadın güləşçilər mübarizəyə qoşulub.

50 kq

Türkan Nəsirova turnirə 1/4 final mərhələsindən start verib. Lakin yığmamızın üzvü ilk rəqibi olan ukraynalı Oksana Livaça 8:10 hesabı ilə yenilib. Nəsirova sabah bürünc medal uğrunda Evin Demirhanla qarşılaşacaq.

59 kq

Elmira Qəmbərova da qitə birinciliyinə 1/4 finaldan başlıb. Nəsirova kimi, o da ilk duelindəcə uduzub. Qəmbərova rusiyalı Svetlana Lipatova ilə bacarmayıb - 2:4.

68 kq

Legionerimiz İrina Netreba ilk olaraq təsnifat mərhələsində çıxış edib. Netrebanın belruslu Yevgeniya Andreyçikava ilə görüşü gərgin alınıb. Hesab 1:1 yekunlaşsa da, üstünlük Azərbaycan idmançısına verilib. Netrebanın 1/4 finalda Sofiya Xristova Georgiyeva ilə görüşü də olduqca çətin alınıb. Yekunda 3:2 hesablı qələbəyə sevinən güləşçimiz adını yarımfinala yazdırıb. Lakin onun final yolunu Alla Çerkasova kəsib. Ukraynalıya vaxtından tez məğlub olan (0:11) xanım güləşçimiz sabah bürünc medal üçün döşəyə çıxacaq.

76 kq

Səbirə Əliyeva isə AÇ-yə 1/8 final mərhələsindən start verib. O, Natalya Lanko (Belarus) ilə dueldən qalib ayrılmağı bacarıb - 5:0. Lakin güləşçimiz 1/4 finalda macar Zanett Nemetə məğlub olub - 1:7.

 

Bundan başqa ötən gün yarışa start vermiş və medal qazanmaq şanslarını qoruyan kişi güləşçilərimiz həlledici görüşlərini keçirəcəklər.

74 kq

Hacımurad Hacıyev bu gün bürünc medal uğrunda yarışacaq. Onun rəqibi rusiyalı Timur Bijoyev olacaq.

86 kq

Murad Süleymanov da üçüncülük uğrunda mübarizə aparacaq. Pəhləvanımız Əli Şabanovla (Belarus) üz-üzə gələcək.

92 kq

Avropa çempionatında növbəti qızıl medal ümidimiz Şərif Şərifov komandamıza növbəti çempionluğu yaşada bilər. Bunun üçün Şərif polşalı Zbiqnev Baranovskidən üstün olmalıdı.

 

Qeyd edək ki, ilk iki gündə sərbəst güləş üzrə yığma komandamız 5 medal qazanıb. Hacı Əliyev (65) və Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Nurməhəmməd Hacıyevlə (97 kq) Mahir Əmiraslanov (57 kq) isə bürünc mükafata yiyələnib.

Digər xəbərlər