Qurban Qurbanov: "Qəbələ" məğlubiyyətə layiq deyildi" - Video

Qurban Qurbanov: "Qəbələ" məğlubiyyətə layiq deyildi" - Video
Futbol, Video
07 Aprel 2019 - 22:12
Supersport.Az Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Qəbələ"yə qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini təqdim edir.

"Həddən artıq çətin oyun oldu. "Qəbələ" ilə bundan əvvəlki matçda da 2:1 hesablı qələbə qazanmışdıq" deyən təcrübəli mütəxəssis, "Qəbələ"nin məğlubiyyətə layiq olmadığını bildirib:

"Rəqib bu gün də çox aqressiv oyun göstərdi. Bəlkə də məğlubiyyətə layiq deyildilər. Buna baxmayaraq, istədiyimiz nəticəni əldə edə bildik. Hava bir qədər isti idi. Buna görə də temp o qədər də yüksək olmadı. Sanki ikinci qolu hansı komanda vursa, o da qalib gələcəkdi. Şükürlər olsun ki, bunu bacardıq".

Baş məşqçi, əvəzetmədən meydana buraxdığı Araz Abdullayevin son dəqiqələrdə vurduğu qoldan da danışıb:

"Desəm ki, Arazın meydana çıxması ilə çox bir şey dəyişdi, o qədər də düzgün olmaz. Sona az vaxt qalmışdı. Araza həmin mövqeyə açılmaq tapşırığı vermişdim. Uğurlu alındı. Diqqətli davrandı və şansdan istifadə edə bildi".


 

Digər xəbərlər