Cüdoçularımızın Türkiyədə uğuru

Cüdoçularımızın Türkiyədə uğuru
Digər, Cüdo
07 Aprel 2019 - 21:39
Üç gündür Antalyada keçirilən cüdo üzrə "Qran-Pri" yarışı başa çatıb.

Supersport.Az-ın məlumatına görə, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha 2 medal qazanıblar. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (+78 kq) bütün rəqiblərinə qalib gələrək "Qran-Pri"nin çempionu olub. İrina Antalyada Monqolustan, İsrail, Rusiya və Braziliya cüdoçularını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuzun mükafatlandırma mərasimində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak edib. Kişi cüdoçular arasında mübarizə aparan Elmar Qasımov (-100 kq) yalnız bir görüşdə uduzaraq bürünc medala layiq görülüb. Elmar 3-cü yer uğrunda qarşılaşmada Misir idmançısı Ramazan Dərvişə qalib gəlib. Beləliklə Azərbaycan cüdoçuları Türkiyədə baş tutan nüfuzlu yarışı 4 medalla (1 qızıl, 1 gümüş və 2 bürünc) başa vurublar.

Xatırladaq ki, əvvəlki yarış günlərində Rüstəm Orucov gümüş, Gültac Məmmədəliyeva bürünc medal qazanıb.

Digər xəbərlər