"Neftçi"nin baş məşqçisi qalmaqala münasibət bildirdi

"Neftçi"nin baş məşqçisi qalmaqala münasibət bildirdi
Futbol
07 Aprel 2019 - 01:13
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında 23-cü turunda "Zirə"ni məğlub edən "Neftçi"nin baş məşqçisi Roberto Bordin fikirlərini açıqlayıb.

İtaliyalı mütəxəssis komandamızın layiqli qələbə qazandığını söyləyib:

"Çox emosinal oyun keçdi. Biz 2:0 hesabı ilə irəlidə olandan sonra hər iki komanda tərəfindən açıq oyun getdi. Sonadək mübarizə apardıq, xarakter göstərdik və layiqli qələbə qazandıq. Daha çox qol vura bilərdik".

Baş məşqçi, oyunda baş verən qalmaqala münasibət bildirib:

"Azarkeşlər tərəfindən mənə qarşı jest normal idi. Çünki bütün "Neftçi” camiəsi bizdən qələbə gözləyirdi, ilk qol isə gecikirdi.Yəni heç bir şəxsi-qərəzlik yoxdur. Sansonenin yüngül ağrıları var idi, Mirabdulla isə məşqlərdə özünü yaxşı tərəfdən göstərmişdi. Buna görə də ona şans verdim. Oyunu yaxşı alındı, tapşırıqlarımı yerinə yetirdi. Sadəcə, qol çatmırdı. Qol vursaydı, özünə inamı daha da artardı. Mirabdulla zədəli deyildi, sadəcə, yorulmuşdu, Ömər Buludovun isə zədəsi yüngüldür. Oyundan sonra baş verən hadisələr futbolun bir hissəsidir. Bunu normal qarşılayıram. Gördüm ki, futbolçular arasında münaqişə var, həmkarımla birgə meydana girərək aranı sakitləşdirməyə çalışdıq. Samir Abasovla əvvəllər aramızda yaşanmış mübahisəyə gəlincə, əvvəl olan bu cür hadisələri unuduram. Bir də görürsən ki, 5 il əvvəl kiminləsə mübahisəm olur, amma yaddan çıxarıram".

Digər xəbərlər