Rüstəm Orucov finalda koreyalı dünya çempionuna uduzdu - yenilənib

Rüstəm Orucov finalda koreyalı dünya çempionuna uduzdu - yenilənib
Digər, Cüdo
06 Aprel 2019 - 19:03
Supersport.Az-ın məlumatına görə, Türkiyənin Antalya şəhərində cüdo üzrə beynəlxalq "Qran-Pri" yarışının ikinci günündə Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb.

Kişilərin yarışında 73 kq-da mübarizə aparan Rüstəm Orucov həlledici qarşılaşmada ötən il Bakıda dünya çempionu olan An Çanqrimlə qüvvəsini sınayıb. Koreyalı idmançı, vaxtından əvvəl ipponla qalib gəlib.

Turnirin ilk günü qadınlar arasında 52 kiloqram çəki dərəcəsindəGültac Məmmədəliyeva yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Azərbaycan cüdoçusu üçüncü yer uğrunda görüşdə olimpiya çempionu, braziliyalı Sara Menezeşi məğlub edib.

Qeyd edək ki, Antalya "Qran-Prisi"ndə 76 ölkədən 485 (297 oğlan, 188 qız) cüdoçu mübarizə aparır. Beynəlxalq turnirə sabah yekun vurulacaq.

Digər xəbərlər