"Sumqayıt" "Keşlə"ni məğlub etdi, "Neftçi" 4 qolla qalib gəldi

"Sumqayıt" "Keşlə"ni məğlub etdi, "Neftçi" 4 qolla qalib gəldi
Futbol
06 Aprel 2019 - 19:54
Azərbaycan Premyer Liqasında 23-cü tur başlayıb.

Supersport.Az-ın məlumatına görə, ilk oyun günündə əvvəlcə "Sumqayıt" evdə "Keşlə"ni məğlub edib.
Günün digər görüşündə lider "Neftçi" "Zirə"yə qalib gəlib.


Tura sabah keçiriləcək "Qəbələ" - "Qarabağ" və "Sabah" - "Səbail" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 23-cü tur

6 aprel (şənbə)

16:00. “Sumqayıt” – “Keşlə” 2-1


Qollar: Peyman Babayi 4, Cavid Tağıyev 85 - Samir Məsimov 40

Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rauf Cabarov
“Kapital Bank Arena”

18:00. “Neftçi” – “Zirə” 4-2

Qollar: Baqali Dabo 40, 88, Namiq Ələsgərov 61, Anton Krivotsyuk 44 - Mfo Kqasvane 59, 80.

Qırmızı vərəqə: İlkin Muradov 90+1 ("Zirə")

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
“Bakcell Arena”

7 aprel (bazar)

14:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər:
 Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu
Qəbələ şəhər stadionu

16:30. “Sabah” – “Səbail”
Hakimlər:
 Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
“Əlincə Arena”

Digər xəbərlər