Cüdoçumuzdan bürünc medal

Cüdoçumuzdan bürünc medal
Digər, Cüdo
05 Aprel 2019 - 20:19
Türkiyənin Antalya şəhərində cüdo üzrə beynəlxalq "Qran-Pri" yarışına start verilib.

Turnirin ilk günündə Azərbaycan millisi hesabına bir medal yazdırıb.Qadınlar arasında 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb.

Azərbaycan cüdoçusu 3-cü yer uğrunda görüşdə olimpiya çempionu,braziliyalı Sara Menezeşi məğlub edib.

Qeyd edək ki,Antalya "Qran-Pri" sində 76 ölkədən 485 (297 oğlan, 188 qız) cüdoçu mübarizə aparır. Beynəlxalq turnirə aprelin 7-də yekun vurulacaq.

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər