Futbolda kuryoz penalti - Video

Futbolda kuryoz penalti - Video
Futbol, Video
31 Mart 2019 - 21:38

Supersport.Az-ın məlumatına görə, CAR-da keçirilən yeniyetmələrin ənənəvi "Future Champions" yarışı maraqlı məqamla yadda qalıb.


Finalda ev sahibi "Orlando Payrets" Moskva "Spartak"ıyla qarşılaşıb.


Oyunun əsas vaxtında 1:1 qeydə alındığından qalib penaltilər seriyasında müəyyənləşib. Hesab 6-6 olarkən "Spartak"ın futbolçusu Vladislav Şitovun zərbəsini "piratlar"ın qolkiperi əvvəlcə qaytararaq sevinən zaman, sonradan top gözlənilmədən qapıya daxil olub.


Sonda afrikalılar 8:7 hesabıyla qələbə qazanaraq turniri birinci pillədə başa vurublar.



Digər xəbərlər