Futbol millimizin oyununa 500 bilet satılıb

Futbol, Eksklüziv
25 May 2023 - 21:43
Avro-2024-ün seçmə məhələsi çərçivəsində iyunun 17-də, saat 20:00-da, "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Estoniya oyununa bir həftədir bilet satılır.
Supersport.Az-ın əldə etdiyi məlumata görə, millinin matçına 500 bilet satılıb. Saytımıza bu xəbəri AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla verib.
"Dalğa Arena" 6700 nəfərlik tamaşaçı tutumuna malikdir.

Biletlərin satış qiymətlərini və əldə edə biləcəyiniz ünvanları diqqətinizə çatdırırıq:
1-ci kateqoriya – 5 AZN
2-ci kateqoriya – 2 AZN
VIP – 10 AZN
KASSA | İŞ SAATLARI | FASİLƏ VAXTI | ÜNVAN |
28 Mall TM | 10:00-22:00 | --- | Fətəli Xan Xoyski küç. 38 |
Gənclik Mall TM | 10:00-22:00 | --- | 28 May Küçəsi 33 |
Heydər Əliyev Sarayı | 11:00-19:00 | 14:00 – 15:00 | Bül-Bül prospekti 35 |
Köşk №1 | 11:00-22:00 | 15:00 - 16:00 | M.Rəsulzadə küçəsi 3 |
Köşk №2 | 10:00 – 19:00 | 15:00 - 16:00 | Bül-Bül prospekti, Nizami küç |
1 saylı ASAN Xidmət | 09:00 – 18:00(I-V) 09:30-17:00 (VI-VII) | 14:00 – 15:00 | Həsən Əliyev küç. 36 |
2 saylı ASAN Xidmət | 09:00 – 18:00(I-V) 09:30-17:00 (VI-VII) | 14:00 – 15:00 | 8 Noyabr prospekti 23, AMAY T.M 2-ci mərtəbəsi |
3 saylı ASAN Xidmət | 09:00 – 18:00(I-V) 09:30-17:00 (VI-VII) | 14:00 – 15:00 | Abbas Mirzə Şərifzadə 157, Yasamal |
4 saylı ASAN Xidmət | 09:00 – 18:00(I-V) 09:30-17:00 (VI-VII) | 14:00 – 15:00 | Sülh 197, Bakıxanov, Sabunçu |
Sumqayıt ASAN Xidmət | 09:00 – 18:00(I-V) 09:30-17:00 (VI-VII) | 14:00 – 15:00 | Bakı 15-ci məhəllə 42d, Sumqayıt |