Yatmışları kimsə oyatsın - Video

Yatmışları kimsə oyatsın - Video
Futbol, Eksklüziv, Video
315
24 Aprel 2025 - 22:25

Supersport.Az güclü küləyin təsirindən Tofiq Bəhramov adına Respublika stadionunda çökən böyük ağacı yenidən videogörüntüyə almaq məcburiyyətində qalıb.


Məsələ burasındadır ki, aprelin 19-da "Qarabağ" - "Neftçi" oyunundan çəkiliş edərək paylaşım etsək də, "yuxu"da olan əlaqədar qurumlar bir həftədən çoxdur sınan ağacı kəsib aparmayıb. Buna görə də həmin ərazini yenidən videogörüntüyə aldıq.


Bir daha xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionu Gənclər və İdman Nazirliyinin balansındadır.


Razıyıq yatmışları kimsə oyatsın, həq-dadına çatsın...

Digər xəbərlər