"Turan" "Sabah"ı məğlub etdi, 2 qırmızı vərəqə göstərildi

Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları davam edir.
Supersport.Az xəbər verir ki, bu gün iki qarşılaşma keçirilib.
Günün ilk oyununda "Turan Tovuz" "Sabah"ı qəbul edib. Görİlk hissədə baş hakim Elçin Məsiyev Tovuz klubunun baş məşqçisi Kurban Berdlyevi, həmçinin Bakı komandasının futbolçusu Pavol Safrankonu qırmızı vərəqəylə cəzalandırıb.
"Turan" "Sabah"ı 2:1 hesabıyla məğlub edib.
İkinci matçda isə "Sumqayıt" və "Şamaxı" üz-üzə gəlib. Şamaxı klubu 2:1 hesablı qələbə qazanıb.
12 aprel (şənbə)
“Turan Tovuz” – “Sabah” 2:1
Qol: Ayxan Hüseynov 56, J.Santos Nuriyev 14
Qırmızı vərəqə: Pavol Safranko 45+2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov
Tovuz şəhər stadionu, 17:00
“Sumqayıt” – “Şamaxı” 1:2
Qollar: Kehat 9 - Tuik, 57, Msanqa, 60
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:15