Qurban Qurbanov AFFA-nın iclaslarına qatılmamasından danışdı - Video

Qurban Qurbanov AFFA-nın iclaslarına qatılmamasından danışdı - Video
Futbol, Video
327
12 Aprel 2025 - 15:00

Supersport.Az AFFA-nın bəzi toplantılarında iştirak etməyən "Qarabağ"ın baş məşqçisi, İcraiyyə Komitəsi üzvü Qurban Qurbanovun bu haqda açıqlamasını videogörüntüyə alıb.

"Artıq 4-cü dəfədir ki, İcraiyyə Komitəsinin iclasında iştirak etmirsiz. AFFA-nın nizamnaməsinə görə İK üzvü il ərzində 4 dəfə iclasda üzrsüz səbəbdən iştirak etmədikdə oradan kənarlaşdıra bilərlər. Sizcə, sizi üzrlü hesab edirlər? Növbəti iclasda sürpriz edib sizi İK-dən kənarlaşdırmazlar?" sualına Q.Qurbanov belə cavab verib.


"Düzü, sayını bilmirdim. Heç bir iclasa icazəsiz getmədiyim vaxt olmayıb. Bir gün əvvəl bildirmişəm. Hər birinə baxsaq, iclaslar oyun günümüzə düşüb. Bu gün komandanın məşqi də oldu. Dünən də bu barədə bildirmişdim. Çempionatda durumumuz yaxşı olsa da, işimizi daim ciddiyə alırıq. Oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Əvvəllər də söhbətim olmuşdu ki, işim asan deyil. Çox istəyərdim ki, hər iclasda iştirak edim. Amma bəzi üzrlü səbəblərə görə orada olmamışam. Qarşılıqlı da bir-birimizi anlamışıq".


Digər xəbərlər