Video - Rövşən Nəcəf Sərxan Hacıyevdə səhv tutdu: "Danışılmış oyunlardan çəkinməyi tələb edirik"

Futbol, Eksklüziv, Video
331
11 Aprel 2025 - 18:37
Supersport.Az AFFA-nın konfransında qurumun icraçı vitse-prezident Sərxan Hacıyevin danışılmış oyunlardan fikir bildirərkən prezident Rövşən Nəcəfin onun səhvini düzəltdiyi məqamı videogörüntüyə alıb. S.Hacıyev "Klublar, futbolçulardan xahiş edirik ki, danışılmış oyunların iştirakçısı olmasınlar" deyən zaman bu açıqlamaya dərhal müdaxilə edən R.Nəcəf, "AFFA, klublardan, futbolçulardan danışılmış oyunlardan çəkinməyi xahiş yox, tələb edir" deyib.