Qurban Qurbanov birinci, Fərid Qayıbov ikinci dəfə AFFA-nın konfransına gəlmədi

Qurban Qurbanov birinci, Fərid Qayıbov ikinci dəfə AFFA-nın konfransına gəlmədi
Futbol, Eksklüziv
290
11 Aprel 2025 - 15:01

Supersport.Az-ın məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbovla AFFA İcraiyyə Komitəsinin üzvü, "Qarabağ"ın baş məşqçisi  Qurban Qurbanov AFFA-nın Hesabat Konfransında iştirak etməyib. F.Qayıbov 1 il əvvəl futbol qurumunun prezident seçkisini boykot etmişdi. Buna səbəb nazir Fərid Qayıbovla SOCAR, AFFA prezidenti Rövşən Nəcəfin soyuq münasibətləri idi. Bu dəfə Qayıbovun MDB oyunlarına hazırlıqla bağlı regionlarda səfərdə olduğundan futbol qurumunun konfransına gəlmədiyi bildirilir.


Qeyd edək ki, Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin son clasında da iştirak etməmişdi.

Digər xəbərlər