“Qarabağ” - “Braqa” oyununa 300 manata bilet

“Qarabağ” - “Braqa” oyununa 300 manata bilet
Futbol
09 Fevral 2024 - 12:11
Supersport.Az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Braqa” oyununun biletləri saat 12:00-dan  iticket.az-da satışa çıxarılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

🗃 Satış məntəqələri:

📍 Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

📍 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

📍 Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

📍 Heydər Əliyev sarayının kassaları;

📍”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılır.


Digər xəbərlər