Qızıl medal qazana bilmədilər

Qızıl medal qazana bilmədilər
Digər, Cüdo
29 Yanvar 2024 - 12:00

Supersport.Az xəbər verir ki, Azərbaycan cüdoçuları Portuqaliya Qran Pri turnirini 5 medalla başa vurublar.

Yanvarın 26-28-də Portuqaliyanın Odivelas şəhərində bu ilin ilk yarışı keçirilib. Turnirdə 90 ölkədən 624 idmançı iştirak edib, Azərbaycan 15 idmançıdan ibarət heyətlə təmsil olunub. 

Azərbaycan cüdoçuları turnirdə 1 gümüş və 4 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda 9-cu, kişilər arasında isə 5-ci yeri tutub.

Qran Pri turnirinin ilk günündə kişilər arasında -60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov üçüncü yer uğrunda döyüşdə Qamzət Zayrbekovaya (fərdi neytral idmançı) qalib gələrək bürünc medalı təmin edib.

-66 kq çəki dərəcəsində Kamran Süleymanov üçüncü yer uğrunda görüşdə Monqolustan idmançısı Basxu Yondonperenleyi məğlub edərək bürünc medala sahib olub. Monqolustanlı rəqibi Yondonperenley ikiqat Dünya mükafatçısıdır. 

Bu çəki dərəcəsində Yaşar Nəcəfov gümüş medala sahib olub. O, 1/4 finalda ikiqat olimpiya mükafatçısı (gümüş və bürünc) Cənubi Koreyalı Ba-Ul Ana üzərində qələbə qazanıb.

Turnirin ikinci günündə kişilər arasında -81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi Özbəkistan təmsilçisi Nurbek Murtozoyevə qalib gələrək bürünc medalı təmin edib.

Üçüncü gün kişilər arasında -90 kq çəki dərəcəsində Elcan Hacıyev üçüncü yer uğrunda mübarizədə İsrail idmançısı Qay Qureviçi məğlub edərək bürünc medal qazanıb.


Digər xəbərlər