"Turan"ın Bakıda bazası hazırdır

"Turan"ın Bakıda bazası hazırdır
Futbol
354
20 Aprel 2025 - 11:17

Supersport.Az-ın məlumatına görə, aprelin 21-i saat 13:00-da "Turan Tovuz" Peşəkar Futbol Klubu Kürdəxanı qəsəbəsində inşası davam edən Hünər təlim-məşq bazasının  istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçiriləcək. 


Qeyd edək ki, ümumi sahəsi 5 hektadan böyük olan Kürdəxanı layihəsində əsas korpusun inşası ilə  yanaşı daha 2 təbii örtüklü meydança salınacaq. 


İstismara verilən meydança isinmə hərəkətləri üçün ayrıca təbii ot örtüklü zona, buz hovuzu, sauna, toplantı və iclas zalları, soyunub-geyinmə otaqları, sanitar qovşaq, həkim və masaj otağı, 3 mərtəbədən ibarət izləmə və çəkiliş qülləsi, müasir standartlara uyğun qazanxana,  suvarma sistemi ilə təmin olunub.

Digər xəbərlər