"Neftçi" İdman Klubunun təmsilçiləri üç ayda 256 medal qazanıblar

"Neftçi" İdman Klubunun təmsilçiləri üç ayda 256 medal qazanıblar
Digər
134
02 Aprel 2024 - 15:15

"Neftçi" İdman Klubunun təmsilçiləri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda uğurlu çıxışlarını davam etdirməkdədirlər. Belə ki, kluhun  atletləri ilin birinci rübündə əldə etdikləri medalların sayına görə yenə də ölkədə fəaliyyət göstərən idman qurumları arasında liderliklərini qoruyublar. İdmançılarımız ilin ilk üç ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda inamla mübarizə apararaq 82-si qızıl, 71-i gümüş və 103-ü bürünc olmaqla, ümumilikdə 256 medala sahib olublar. Təmsilçilərimiz dünya yarışlarında 1 qızıl medal, Avropa yarışlarında 23 (10 qızıl, 6 gümüş, 7 bürünc), beynəlxalq turnirlərdə isə 59 medal (18 qızıl, 17 gümüş, 24 bürünc) qazanıblar. Respublika səviyyəli yarışlarda 93 medal (24 qızıl, 27 gümüş, 42 bürünc) əldə edən klubun yetirmələri paytaxt yarışlarında 42 (13 qızıl, 15 gümüş, 14 bürünc), digər yarışlarda isə 38 dəfə (16 qızıl, 6 gümüş, 16 bürünc) fəxri kürsüdə yer alıblar.

Digər xəbərlər