"Turan" Sumqayıtda xal qopardı, "Neftçi" "Zirə"ni məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turun daha iki oyunu keçirilib.
Supersport.Az xəbər verir ki, ikinci oyun günündə meydana öncə "Sumqayıt" və "Turan Tovuz" komandaları çıxıb.
Sumqayıtda keçirilən oyun qolsuz bitib.
"Neftçi" isə "Zirə"ni məğlub edib.
15:30 "Sumqayıt" - "Turan Tovuz" 0:0
Sumqayıt, Mehti Hüseynzadə stadionu
Baş hakim: Rauf Cabarov
18:00 "Neftçi" - "Zirə" 1:0
Qol: Ervin Koffi 11
Bakı, "Neftçi Arena" stadionu
Baş hakim: Əliyar Ağayev
Turun daha bir matçı fevralın 28-də oynanılacaq.
19:00 "Qəbələ" - "Qarabağ"
Qəbələ, Şəhər Stadionu.
Bundan əvvəl turun iki oyunu baş tutub:
"Sabah" – "Kəpəz" 3:2
"Səbail" - "Araz-Naxçıvan" 2:2
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 15 qol
Aleksandr Ramalinqom ("Səbail") - 10 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Yassin Benzia ("Qarabağ") - 8 qol
Pedro Nuno ("Səbail") - 7 qol