"İstiqlal marşımızı Avropaya əzbərlətdik, Bakıda da uğur qazanacağıq"

"İstiqlal marşımızı Avropaya əzbərlətdik, Bakıda da uğur qazanacağıq"
Maqazin, İslamiada-2017, Digər, Güləş
16 May 2017 - 13:57
Supersport.Az-ın məlumatına görə, Türkiyə Güləş Federasiyasının prezidenti Musa Aydın İslamiadanın güləş yarışları ərəfəsində iddialı açıqlama verib.

Qurum rəhbəri, Serbiyada keçirilən Avropa çrmpionatında ümumilikdə 5 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmağı böyük uğur adlandırıb:

"Avropa çempionatında 68 il sonra çox böyük zəfər qazandıq. Millətimizə belə uğur yaşatdığımız üçün xoşbəxtik. Avropaya İstiqlal marşımızı əzbərlətdik. Bizə maddi və mənəvi dəstək verən hər kəsə təşəkkür edirik. İnşAllah bu uğurları İslam Oyunları və dünya çempionatında davam etdirəcəyik. Tokio Olimpiadasında dünyanın ən güclü komandası olmalıyıq".

Digər xəbərlər