Üzgüçümüzün ikinci çempionluğu

Üzgüçümüzün ikinci çempionluğu
İslamiada-2017, Üzgüçülük
16 May 2017 - 01:23



Kişilər arasında 400 metr məsafəyə fərdi kompleks üzmə yarışı başa çatıb: məsafəni hamıdan tez qət edən (2:05.29) Azərbaycan idmançısı Maksim Şemberev “Bakı-2017”nin qalibi olub.

Türkiyəli Batuhan Hakan finişə 2:07.81 göstərici ilə ikinci çataraq gümüş, indoneziyalı Əflah Pravira isə 2:09.13 nəticə ilə üçüncü çataraq bürünc medala yiyələnib.

Bu, Maksim Şemberevin 2017-ci il İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalıdır. Təmsilçimiz ilk çempionluğu sərbəst üsulla 1500 metr məsafəyə üzmədə qazanıb.


Digər xəbərlər