Neymar Messi haqda: "Qardaş, səni sevirəm"

Neymar Messi haqda: "Qardaş, səni sevirəm"
Futbol
04 İyun 2023 - 23:51
PSJ-nin hücumçusu Neymar Lionel Messinin klubdan ayrılmasına münasibət bildirib.

“Qardaş, planladığımız kimi olmadı, amma hər şeyi sınadıq. Bu iki ili sizinlə keçirmək çox xoş idi.

Yeni uğurlar, xoşbəxt olun. Mən səni sevirəm”, - braziliyalı sosial şəbəkədə yazıb.

Messi PSJ-də 2 mövsüm keçirib. Onun statistikası: 75 matç, 32 qol, 35 məhsuldar ötürmə.

"Əl-Hilal"ın gələn həftə hücumçu ilə müqavilə imzalayacağını açıqlayacağı gözlənilir. Səudiyyə klubu ona ildə 400-600 milyon avro ödəməyə hazırdır.

Leonun transferində "Barselona" və "İnter Mayami" də maraqlıdır.

Digər xəbərlər