Mikayıl Cabbarovla Emin Əmrullayev finalda - Foto

Digər, Eksklüziv, Foto
30 May 2023 - 19:56
Supersport.Az-ın müxbiri xəbər verir ki, hazırda "Sərhədçi" İdman Mərkəzində keçirilən Azərbaycan Basketbol Liqasının final seriyasının sonuncu - beşinci oyununda "Sabah" və "Gəncə" komandalarının matçını tanınmış simalar canlı izləyir.
Qarşılaşmaya İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov, Elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev də təşrif buyurub.
Qeyd edək ki, qalib komanda ölkə çempionu adını qazanacaq. Dörd oyundan sonra ümumi hesab bərabərdir - 2:2.
Daha əvvəl NTD "AAAF Xırdalan"ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.
Anar Cəfərov