Azərbaycan Avropa Kubokunda birinci yerdə

Azərbaycan Avropa Kubokunda birinci yerdə
Digər, Cüdo
09 Aprel 2023 - 02:21

Supersport.Az-ın məlumatına görə, 8 apreldə Çexiyanın Teplis şəhərində başlayan yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.



Yarışın ilk günü 8 çəki dərəcəsində 18 cüdoçumuz tatamiyə çıxıb. Qızlar arasında -48 kq. çəkidə Vüsalə Hacıyeva və -52 kq. çəkidə Xədicə Qədəşova bürünc medal qazanıb. -52 kq. çəkidə yarışan cüdoçumuz Aytən Verdiyeva yarışı 7-ci yerdə başa vurub.



Oğlanlar arasında -55 kq. çəkidə final görüşündə iki cüdoçumuz Ayxan Mirzəzadə və Fərid Qarayev qarşılaşıb. Nəticədə Fərid Qarayev qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Mirxaliq İskəndərov bürünc medala sahib olub. -60 kq. çəkidə Məhəmməd Musayev və -66 kq. çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Azərbaycan hələ ki, birinci yerdədir.

Digər xəbərlər