Millimiz 4 yoxlama oyunu keçirəcək

Digər, Voleybol
18 İyul 2022 - 14:57
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına məşqləri Bakıda davam etdirir.
Supersport.Az-ın milli qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, hazırlıq planına uyğun olaraq yığmamız paytaxtda təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama görüşü də keçirəcək.
Millimiz İslamiadada rəqibimiz olacaq Mərakeş komandası, həmçinin Belarus yığmaları ilə üz-üzə gələcək. Hər iki komanda artıq Bakıdadır və bu gün Voleybol Mərkəzində ilk məşqlərinə çıxıblar. Komandalar bir-birini də məhz bu arenada sınağa çəkəcəklər. Pərviz Səmədovun rəhbərlik etdiyi milli sınaq qarşılaşmalarını saat 17:00-da keçirəcək.
Azərbaycan millisinin yoxlama görüşləri
18 iyul
Azərbaycan - Belarus
19 iyul
Azərbaycan - Mərakeş
21 iyul
Azərbaycan - Belarus
22 iyul