

İslamiadanın medalları təqdim olundu – Şəkil
Supersport.Az-ın məlumatına görə, Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının medalları ictimaiyyətə təqdim olunub.
Yarışda idmançılar 24 növdə, 483 dəst medal uğrunda mübarizə aparacaqlar.
Medalların ön tərəfində yenidən canlanmanı əks etdirən Məram çiçəyi, 8 guşəli “Səlcuqlu ulduzu” və bərəkət rəmzi olan
sünbül həkk olunub. Medalın arxa hissəsində isə ISSF loqosu yer alıb.
