Putin istədi - legionerlərin sayı azaldıldı

Putin istədi - legionerlərin sayı azaldıldı
Maqazin, Futbol
27 İyun 2019 - 14:57
Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi Premyer Liqada legioner limiti ilə bağlı dəyişiklik edib.

Supersport.Az qurumun saytına istinadən xəbər verir ki, yeni qaydaya əsasən, 2020-2021 mövsümündən etibarən limit "8+17" olacaq. Qərara görə, klublar 25 nəfərlik sifariş ərizəsində maksimum 8 əcnəbi oyunçunun adını qeyd edəcəklər. Meydana çıxan legionerlərə isə heç bir məhdudiyyət qoyulmayacaq. Əcnəbilərin 8-i də eyni anda oynaya biləcəklər.

Yeni qərarın bəzi klublara daha çox mənfi təsir edəcəyi bildirilir.

"Zenit"in hazırda 14 legioner futbolçusu var və bunların bəziləriylə vidalaşmalı olacaq.

Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesov qərarla bağlı müsbət fikir bildirib:

"Bu qərara sevindim. Hamı üçün rəqabət olacaq, hər kəs oynaya biləcək. Rəqabət futbolumuzu inkişaf etdirir".

Legioner limitinin sərbəst olduğu Rusiya yığması son Dünya Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanmışdı.

2019-2020 mövsümündə isə limit əvvəlki illərdə olduğu kimi - "6+5" olaraq qalacaq. Eyni vaxtda meydana yalnız 6 legioner futbolçu çıxa biləcək.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin çempionatda əcnəbilərin sayının azaldılmasının və daha çox yerli futbolçulara üstünlük verilməsinin vacibliyini bəyan etmişdi.

 

 

Digər xəbərlər