"Qarabağ" - BATE oyunları canlı veriləcək

Futbol
03 Avqust 2018 - 00:52
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - BATE (Belarus) matçlarını yayımlayacaq kanal məlum olub.
Supersport.Az-ın məlumatına görə, "CBC Sport" kanalı ilə Ağdam klubu ilə əldə olunan razılığa əsasən, təmsilçimizin həm ev, həm də səfər oyunu sözügedən kanalda canlı yayımlanacaq.
Komandalar arasında ilk oyun avqustun 7-də Bakıda keçiriləcək. Cavab qarşılaşması isə 1 həftə sonra - avqustun 14-də Borisovda olacaq.