Bundesliqa klubundan Ramil Şeydayevə ismarıc

Bundesliqa klubundan Ramil Şeydayevə ismarıc
Futbol
03 Avqust 2018 - 00:40
Avstriyanın "Mattersburq" klubunun baş məşqçisi Jerald Baumqartner açıqlama verib.

Supersport.Az xəbər verir ki, Bundesliqa klubunun çalışdırıcısı "Trabzonspor"da çıxış edən milli komandamızın hücumçusu Ramil Şeydayevi transfer etməkdə israrlı olduqlarını deyib:

"Şeydayev üçün şərtlərimizi demişik. Onun komandamıza qoşulmasını gözləyirik. Transfer dönəminə bir müddət var. Ramilə təklifimizi etmişik. Əgər bizə gəlməsə, alternativ variantlara baxmalı olacağıq".

Qeyd edək ki, Şeydayevin "Trabzonspor"la 2020-ci ilə qədər müqaviləsi var.

Digər xəbərlər