FİFA namizədlərin sayını azaltdı

FİFA namizədlərin sayını azaltdı
Futbol
23 Sentyabr 2017 - 16:29
Supersport.Az-ın məlumatına görə, FIFA, ilin ən yaxşıları nominasiyasında namizədlərin sayını açıqlayıb.

"Real Madrid"li Kriştiano Ronaldo, "Barselona"lı Lionel Messi və PSJ-nin braziliyalısı Neymardan biri ilin futbolçusu seçiləcək.

Bundan başqa, ilin məşqçi və qolkiperlərinin sayı azaldılıb.

Məşqçilər: Massimiliano Alleqri, Antonio Konte və Zinədin Zidan.

Qapıçılar: Canluici Buffon, Keylor Navas, Manuel Noyer

Səsvermə 21 sentyabrdan 7 oktyabra qədər  davam edəcək.

Sorğunun nəticəsi 23 oktyabrda açıqlanacaq.

Ötən il ən yaxşı futbolçu Kriştiano Ronaldo seçilmişdi.

 

Digər xəbərlər