Daxili işlər naziri Ramil Usubovdan İslamiadaçılara mükafat - Foto

İslamiada-2017, Digər, Foto
13 İyun 2017 - 01:02



"Şöhrət" ordenli olimpiya çempionları Namiq Abdullayev və Zemfira Meftəhəddinova, o cümlədən, 3 dəfə olimpiya oyunlarında idarəçilik etmiş İ-S dərəcəli hakim Hicran Şərifov İslamiadada fərqləndiklərinə görə Fəxri fərmanla təltif olunublar.
Bundan başqa, FİFA referisi Fariz Yusifov, taekvondoçu Fəridə Əzizova, zorxanaçı Tural Əliyev və digərləri müxtəlif mükafatlara layiq görülüblər.