Taekvondoçularımızdan qızıl və gümüş medal

İslamiada-2017, Digər
16 May 2017 - 21:38

Qadınlar arasında - 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Yaprak Eriş Azərbaycanın aktivinə növbəti qızıl medal qazandırıb. Təmsilçimiz finalda türkiyəli Dürdane Altuneli 5:4 hesabı ilə məğlub edib.
Digər təmsilçimiz, taekvondo üzrə respublika birinciliyinin qalibi, gənclər arasında dünya çempionatının mükafatçısı Qaşım Maqomedov (-54 kq) finalda iranlı Mahdi Eşaqiyə uduzaraq gümüş medal qazanıb.