Millimizin hücumçusunun komandası uduzdu

Millimizin hücumçusunun komandası uduzdu
Futbol
20 Mart 2023 - 18:31
Almaniyanın Qərb Regional Liqasında 27-ci turun oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası səfərdə “Proyssen Münster”lə qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

“Şalke" 36 xalla 18 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Digər xəbərlər