"Qarabağ" kimi daha yaxşı komandaya uduzduq" - "Ferentsvaroş"un prezidenti

Futbol
10 Avqust 2022 - 02:46
Macarıstan "Ferentsvaroş"unun prezidenti Qabor Kubatov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində evdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.
Supersport.Az xəbər verir ki, o, sosial şəbəkədə matçla bağlı yazıb:
"Bu gün bizdən daha yaxşı komandaya uduzduq. Gələn həftə yaxşılaşacağıq. Həmişə mübarizə apar, heç vaxt təslim olma!".
Qeyd edək ki, "Ferentsvaroş" iki oyunun nəticəsinə əsasən "Qarabağ"a uduzaraq (1:1, 1:3) ÇL-də mübarizəni dayandırıb. Macarıstan təmsilçisi Avroliqanın pley-offunda iştirakına davam edəcək.